Buryatiyada qadın əlil dayısını bıçaqlayıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə rayonun Biçurinski rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, əlil kişi bacısı qızını tez-tez içki içdiyi üçün qınayıb. Bundan sonra yaşlı kişi qaşıqla onun alnına zərbə endirib.
Bir müddət sonra onlar yenidən bir-birinə qonaq gediblər. Əlil kişi yüksək səslə qadını spirtli içkilərdən imtina etməyə çağırıb. Qohum bu dəfə bacısı qızının başına çömçə ilə vurub. Qadın da bıçağı götürərək dayısının sinəsinə vurub, sonra daha iki zərbə endirib.
Polis gələndə qadın dayısını zorlama cəhdində ittiham etməyə başlayıb.
Cinayətkar qadın 3 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.