Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib. “Toyota” markalı avtomobildə olan 2 sərnişinin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Hakim Hüseynov və Bərdə rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıblar.