Qaçırılan 6 gəncin meyiti tapıldı
29 sentyabr 2023 13:18 (UTC +04:00)

Qaçırılan 6 gəncin meyiti tapıldı

Meksikada 6 gənc oğlan bir fermadan qaçırılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Zakatekas əyalətində baş verib. Daxil olan məlumat əsasında polis əyalət səviyyəsində əməliyyatlar keçirərək, yolları bağlayıb. Bir neçə gün çəkən əməliyyat nəticəsində qaçırılan 6 gəncin meyiti tapılıb.

Gənclərin kriminal qruplaşma tərəfindən qaçırıldığı məlum olub. Lakin həmin 6 nəfər heç bir qruplaşmanın üzvü olmayıb. Onlar qız dostları ilə restoranda olarkən, basqın zamanı qaçırılıblar.

Polisin keçirdiyi əməliyyatlar nəticəsində rəqib qruplarla mütəmadi münaqişələrə girən Sinaloa dəstəsindən 6 nəfər saxlanılıb. Ölkədə kriminal qruplaşmalar arasında tez-tez qanlı münaqişələr olduğu bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl də Meksikada kriminal qruplaşma tərəfindən 5 tələbə qaçırılıb. Zərərçəkənlərdən birinin digər dostunun başını kəsməyə məcbur edilməsi isə ölkəni sarsıtmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4020
avatar

Oxşar yazılar