Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
24 aprel 2026 15:10 (UTC +04:00)

Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi

0

Bakı Ağır Cinayətlər məhkəməsində söyüş üstündə adam bıçaqlamaqda təqsirləndirilən Qulu Məmmədovun cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Q. Məmmədovun vəkili hüquqlarını müdafiə etdiyi şəxsin əməlində xuliqanlıq niyyəti olmadığı üçün təqsirləndirildiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin 126.1-ci maddəyə tövsif edilməsini məhkəmədən xahiş edib. 

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Qulu Məmmədovun təqsirləndirildiyi maddənin CM-nin 126.1-ci maddəsinə tövsif edilməklə 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Qeyd edək  ki, dövlət ittihamçısı Q. Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, tərəflər arasında mübahisəyə səbəb zərərçəkmiş Şamil Nəbiyevin söyüş söyməsi olub. Mübahisə nəticəsində təqsirləndirilən şəxs zərərçəkmişə 1 bıçaq zərbəsi endirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar