Professorların davası QANLA BİTDİ
07 oktyabr 2023 14:04 (UTC +04:00)

Professorların davası QANLA BİTDİ

Türkiyədə professorlar arasında dava olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, Konya şəhərində yerləşən Necmettin Erbakan Universitetində İlahiyyət Fakültəsinin professorları 46 yaşlı Tahir Uluç və eyni fakültədə işləyən həmkarı 60 yaşlı Qalib Atasuğ arasında iki il əvvəldən mübahisə başlayıb. Belə ki, professorlar eyni gündə rəhbərlikdən icazə istəyiblər və işdə başqa adam qalmayacağı deyilərək, onlara xoş cavab verilməyib. Bu səbəblə Tahir Uluç və Qalib Atasuğ arasında o vaxtdan ədavət yaranıb.

Oktyabrın 4-də isə Q. Atasuğun qardaşı 55 yaşlı İzzet onunla birgə universtitetə gəlib. İzzet Atasuğun sözlərinə görə, bu zaman T. Uluç qardaşına və ona söyərək yumruqla vurmağa başlayıb. Belə olduğu halda İ. Atasuğ üzərindəki tapança ilə ona atəş açaraq, yaralayıb.

Professor Qalib Atasuğun və qardaşı saxlanılıb. Məhkəmədə professor sərbəst buraxılsa da, qardaşı həbsdə qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3927
avatar

Oxşar yazılar