Moskva - Arxangelsk qatarının kupesində Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə cinayət axtarış idarəsinin rəis müavini, polkovnik Konstantin Panteleyevin meyiti tapılıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, o, noyabrın 21-nə keçən gecə Moskvadan məzuniyyətdən qayıdarkən intihar edib. Cəsədi kupeyə daxil olan və polkovnikdən qan axdığını görən qatar rəhbəri aşkar edib. Yanında bıçaq aşkarlanıb.
Panteleyevin maddi problemləri, işdə münaqişələri və ya səhhətində problem olmadığı üçün intiharın səbəbi hələ də məlum deyil. Heç bir intihar qeydi tapılmayıb.
Konstantin Panteleyev 1996-cı ildən Daxili İşlər Nazirliyində işləyir və son zamanlar şəxslərə qarşı cinayətlərin açılması idarəsinə rəhbərlik edirdi.