Türkiyədə polis dava zamanı qonşusunu güllələyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Mersin şəhərinin Toroslar qəsəbəsində baş verib. Polis məmuru B.A. yaşadığı binaya girərkən müxtəlif söyüşlər işlədib. Onun qarşısında gedən qonşusu R.K. bunu eşidib və ona yaxınlaşaraq mübahisə edib. Dava zamanı B.A. qapıdan çölə tərəf çıxıb və üzərindəki silahla qonşusunun ayaqlarına, eləcə də qarnına atəş açıb.
Yaralı kişi xəstəxanaya yerləşdirilib. Polis isə hadisə yerinə gələn çoxsaylı həmkarları tərəfindən saxlanılıb.