Özündən 34 yaş kiçik arvadını öldürüb zibil qutusuna atdı
12 oktyabr 2024 18:51 (UTC +04:00)

Özündən 34 yaş kiçik arvadını öldürüb zibil qutusuna atdı

Rusiyanın Voronej vilayətində 59 yaşlı kişi 25 yaşlı arvadını öldürərək meyitini zibil qutusuna atıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, sakinlər tərəfindən Novaya Usman kəndində zibil konteynerinin yanında dəhşətli tapıntı aşkar edilib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarının qeydlərinə baxıb, bağlamanı gətirən şübhəli şəxsi müəyyənləşdirib və dərhal onu saxlayıblar.

Həmin şəxs dərhal etiraf edərək bildirib ki, hadisə spirtli içki qəbul edərkən yaranan mübahisə ucbatından baş verib. O, özünü saxlaya bilməyib, stolun üstündən bıçağı götürüb və yoldaşının sinəsindən bir neçə dəfə bıçaqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747
avatar

Oxşar yazılar