Özbəklər və çeçenlər barda azərbaycanlını ölümcül döydülər  - VİDEO
18 aprel 2024 19:26 (UTC +04:00)

Özbəklər və çeçenlər barda azərbaycanlını ölümcül döydülər - VİDEO

Rusiyanın Saratov vilayətinin Balakovo şəhərində miqrantlar azərbaycanlını döyüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, davaya səbəb azərbaycanlının Rusiya Silahlı Qüvvələrinə (SVO) dəstək verməsi olub.

Bu barədə zərərçəkən Sənar Xəlilli “Balakovo Reporter” qəzetinin redaktoruna danışıb.

Həmin şəxs aprelin 14-də Balakovdakı gecə klublarından birində olduğunu, orada etnik zəmində münaqişə yarandığını deyib. Onun sözlərinə görə, digər miqrantlar onu rus bilib döyüblər.

Qeyd olunur ki, Sənar barda olarkən SVO mövzusu ilə bağlı başqa bir qonaqla mübahisə edib.

Azərbaycanlının sözlərinə görə, o, xüsusi əməliyyatı dəstəkləyir və bu sözləri digər ziyarətçilər də eşidib. Onlar Sənarı dərhal yerə yıxaraq döyüblər.

Zərərçəkənin sözlərinə görə, davada çeçen, özbək və azərbaycanlı iştirak edib.

Nəticədə kişi ağır bədən xəsarətləri alıb.

“Məni döyəndə təcili yardım çağırmağı xahiş etdim, amma heç kim bunu etmək istəmədi. Bir qız kömək etdi. Hadisəni görən çox idi”, deyə Sənar bildirib.

O qeyd edib ki, davadan sonra gecə klubunun mühafizəsi davanın izlərini yığışdırmağa başlayıbş. Mühafizəçilər qanı yuyub və dava zamanı zərərçəkəni heç bir şəkildə müdafiə etməyiblər.

Sənar dəymiş ziyanı qeydə aldıqdan sonra polisə ifadə verib. O, həmçinin “rusla səhv salındığı üçün” davanın etnik zəmində baş verdiyinə inanır.

Klub nümayəndələri də öz növbəsində Sənarı nalayiq davranışda ittiham edib.

Vəziyyətə polisin reaksiyası barədə hələlik məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5139
avatar

Mehman Nəbiyev

Oxşar yazılar