Yanvarın 24-də Xətai rayonunda yaşayan F.Hüseynovun evinə gələn şəxs xuliqanlıq zəminində onu silahla hədələyərək döyüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.
Araşdırma aparılır.