Ölkədə narkotik paylayan əsas adamlar tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT
28 fevral 2024 16:43 (UTC +04:00)

Ölkədə narkotik paylayan əsas adamlar tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının son bir-neçə gün ərazində paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində həyata keçirdikləri silsilə tədbirlər zamanı 12 nəfər saxlanılıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, onlardan ümumilikdə 46 kiloqram heroin, marixuana, metamfetamin, eləcə də digər növdən olan narkotik maddələr və 80 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Saxlanılan şəxslərdən 27 yaşlı Həsənov Əlövsət Əlif oğlu, 40 yaşlı Babayev Əhməd Sabir oğlu və 39 yaşlı Hacıyev Elşad İbrahim oğlu ölkəyə qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

# 3273
avatar

Oxşar yazılar