"Oleq Bakınski"  bu cinayətdə ittiham olunur - ÖZƏL
03 avqust 2024 12:00 (UTC +04:00)

"Oleq Bakınski" bu cinayətdə ittiham olunur - ÖZƏL

İki gün əvvəl Bakıda saxlanılan kriminal avtoritet “Oleq Bakınski” ləqəbli Oleq Krapavinin hansı maddə ilə ittiham olunduğu məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan olunub.

O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hazırad istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1017
avatar

Oxşar yazılar