Oğzuda DƏHŞƏT:  Borca görə həmkəndlisini öldürüb meşədə basdırdı
14 sentyabr 2023 11:03 (UTC +04:00)

Oğzuda DƏHŞƏT: Borca görə həmkəndlisini öldürüb meşədə basdırdı

Sentyanrın 14-ü saat 9 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 33 yaşlı Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb torpağa basdıran şəxsin 31 yaşlı, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, APA-nın məlumatına görə, tərəflər pul borcunu aydınlaşdırmaq üçün 3 gün əvvəl meşəyə gediblər. Burada yaranan mübahisə zamanı P. Məmmədov T. Kərimovu odlu silahla öldürərək, meşədə basdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4623

Oxşar yazılar