Oğuzda qadını keçmiş əri bıçaqladı
02 sentyabr 2023 03:07 (UTC +04:00)

Oğuzda qadını keçmiş əri bıçaqladı

Oğuzda bıçaqlanma hadisəsi olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın biri axşam saatlarında, rayonun Bayan kəndində baş verib.

Goranboy rayon sakini Eyvaz Məmmədov keçmiş həyat yoldaşı, rayonun Bayan kənd sakini 40 yaşlı Nuranə Elməddin qızı Məsimovanın yaşadığı ata evinə gələrək onu qarın boşluğundan bıçaqlayıb.

Hadisə zamanı xəsarət alan N.Məsimova Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinin əməkdaşları tərəfindən Şəki RMX-a aparılıb.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində  araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3612
avatar

Oxşar yazılar