Moskvada oğul 87 yaşlı atasını öldürüb.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə Lesnaya küçəsindəki evdə baş verib. Oğul atasına altısı kürəyindən olmaqla azı 9 bıçaq zərbəsi vurub. Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri kişini xilas edə bilməyib.
Məlumata görə, buna səbəb ailə münaqişəsidir. İddialara görə, oğul atasından qisas almaq qərarına gəlib, çünki valideyn onu psixiatriya xəstəxanasına yerləşdirib.
Hadisədən sonra cinayətkar özü polisə zəng edərək baş verənləri xəbər verib və o, saxlanılıb.
Məlum olub ki, 2012-ci ildən həmin şəxs psixonevroloji klinikada qeydiyyatdadır. Əvvəllər qatil silah əldə etmə, təhvil vermə, satma, saxlama, ötürmə və ya gəzdirmə maddəsi üzrə cinayət işində müttəhim olub.