Rusiyanın Bryansk vilayətində 49 yaşlı kişi 85 yaşlı anasını balta ilə öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə ailə münaqişəsi zamanı baş verib.
Mübahisə zamanı oğul baltanı götürüb və balta ilə təqaüdçünün başına zərbə endirib. Kişinin özü hüquq-mühafizə orqanlarına zəng edərək təslim olub.
Hadisə yerinə gələn polis əməkdaşları mərhumun meyiti və qanlı balta aşkar ediblər. Yaşlı qadının ölümü ilə bağlı cinayət işi başlanıb.