Abşeronda silahlı saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Novxanı qəsəbəsində tədbir keçiriblər. Nəticədə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini Emin Əliyevdə silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və sandıqça aşkar edilərək götürülüb. Emin Əliyev odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.