Nəvələrini zəhərləyib öldürən nənə  19 il HƏBS OLUNDU
30 may 2023 17:28 (UTC +04:00)

Nəvələrini zəhərləyib öldürən nənə 19 il HƏBS OLUNDU

Rusiyanın Saratov vilayət Məhkəməsi 76 yaşlı qadın barədə 19 il hökm çıxarıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın qızını və üç nəvəsini zəhərləyərək öldürməkdə günahkar bilinir.

İstintaq araşdırmaları əsasında məlum olub ki, 2021-ci ilin sentyabrında o, məişət zəminində mübahisə nəticəsində qızından intiqam almaq qərarına gəlib. Şam yeməyində onların xörəyinə zəhər qatıb. İlkin araşdırmalar zamanı nənədən heç kim şübhələnməyib.

Amma bir müddətdən sonra müstəntiqlər qızı və nəvələrinin ölümündə onun iştirakını sübut ediblər. 

 

# 2838
avatar

Fidan İlqar

Oxşar yazılar