Nənəsinin başına 10 dəfə çəkiclə vurdu
22 noyabr 2023 13:26 (UTC +04:00)

Nənəsinin başına 10 dəfə çəkiclə vurdu

Naberejnıye Çelnıda sərxoş nəvə nənəsinə baş çəkməyə gəlib. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, onlar mənzildə olarkən nənə nəvəsini bu qədər içməməyə çağırıb. 25 yaşlı oğlan nənəsinin sözlərini bəyənmədiyi üçün mübahisə düşüb.

Daha sonra həmin şəxs 77 yaşlı təqaüdçünü döyüb, şkafdan çəkic götürüb və başına ən azı on zərbə endirib. Sonra isə qaçıb.

Yaşlı qadın divana sürünərək təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər kəllə-beyin travması, burun sümüklərinin sınığı, qol və gözdə hematoma diaqnozu qoyublar.

Həmin şəxs saxlanılıb və törətdiyi cinayəti etiraf edib. Faktla bağlı cinayət işi açılıb. Təqsirləndirilən şəxsin psixiatrik müayinədən keçəcək.

# 3279
avatar

Oxşar yazılar