Madriddə Said ləqəbli Meksika narkotik karteli Los Zetasın Avropa özəyinin lideri saxlanılıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat zamanı 400 kiloqram kokain, 220 min avro nağd pul, iki avtomobil, on telefon və “maraqlı” sənədlər ələ keçiriblər.
İspaniya polisinin məlumatına görə, cinayətkar qrupun 54 yaşlı nümayəndəsi Mərakeş əsillidir. Daim hərəkətdə olduğu üçün onu izləmək çətin idi.
Əməliyyat Amerika Milli Təhlükəsizlik Təhqiqat Xidməti və Kolumbiya Milli Polisi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Kartel İspaniyada baza yaratmağa və bütün Avropaya təchizat paylamağa çalışırdı.