Nardaranda keçmiş məhkumdan "Kalaşnikov" götürüldü
04 yanvar 2024 11:29 (UTC +04:00)

Nardaranda keçmiş məhkumdan "Kalaşnikov" götürüldü

Bakı sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Nardaran qəsəbə sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Həsən Rinyatov saxlanılıb.

Ondan nömrəsi silinmiş “AK” markalı avtomat silah və 27 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

# 3981
avatar

Oxşar yazılar