Mühafizə polisinin əməkdaşı arvadını öldürüb intihara cəhd etdi
14 noyabr 2024 12:24 (UTC +04:00)

Mühafizə polisinin əməkdaşı arvadını öldürüb intihara cəhd etdi

Türkiyədə polis məmuru arvadını öldürərək intihara cəhd edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhərinin Altındağ qəsəbəsindəki polis binalarında baş verib.

Mühafizə polisinin əməkdaşı olan K.K. ilə yaşadıqları evdə arvadı Ş.K. arasında münaqişə yaranıb. Münaqişə zamanı kişi arvadını tapança ilə vurub. Daha sonra həmin silahla özünə atəş açaraq, intihara cəhd edib.

Hadisə yerinə gələn həkimlər 2 uşaq anası olan qadının öldüyünü müəyyən ediblər. Polis isə yaralı halda xəstəxanaya aparılır.

Araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3708
avatar

Oxşar yazılar