Mingəçevirə 10 manat borca   görə getdi, qayıdıb qonşusunu bıçaqladı - TƏFƏRRÜATLAR
22 fevral 2023 11:34 (UTC +04:00)

Mingəçevirə 10 manat borca görə getdi, qayıdıb qonşusunu bıçaqladı - TƏFƏRRÜATLAR

Mingəçevirdə baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, şəhər sakini olan bir qrup gənc Mingəçevir kəndinə 10 manat borcu qaytarmağa görə gediblər. Həmin borc alınıb və qayıdarkən nalayiq ifadələr işlədilib. Bu zaman qonşuluqda yaşayan 31 yaşlı Rauf Məmmədov söyüş söyməməyi bildirib.

Buna görə də orada iştirak edən 21 yaşlı Sənan Cəfərovla qonşusu Rauf arasında mübahisə yaranıb. Mübahisə zamanı Sənan Raufu bıçaqlayıb.

Məlumata görə, əvvəlcə hadisənin digər iştirakçısı 19 yaşlı Fazil Hüseynzadə Raufu bıçaqladığını deyib. Sonrada polis əməkdaşlarının gördükləri tədbirlər zamanı hadisənin Sənan Cəfərov tərəfindən törədildiyi üzə çıxıb. O, saxlanılaraq, polisə gətirilib və əməlini etiraf edib.

Qeyd edək ki, Mingəçevir kəndinə 10 manat borcu geri almağa gedənlər arasında Sənan, Fazil və başqaları olub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Lent.az-a bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Onun sözlərinə görə, R.Məmmədova bıçaqla xəsarət yetirən S.Cəfərov barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

# 3558
avatar

Mehman Nəbiyev

Oxşar yazılar