Məşhur Nyu-York memarlıq firmasının sahibi, 59 yaşlı Reks Hoyermann 10 il əvvəl üç gənc qadını öldürməkdə ittiham olunaraq həbs edilib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qurbanlar Melissa Bartelemi, Meqan Uoterman, Ember Kostello və ehtimal ki, Morin Breynard-Barnsdır.
İstintaq davam edir və Qilqo-Biç rayonunda 11 qurbanın cəsədi tapıldığı üçün Hoyermanna qarşı daha çox qətl ittihamı irəli sürülə bilər. Ölənlərin cəsədləri bağlanıb və Hoyermannın bütün həyatı boyu yaşadığı ucqar çimərlik şossesi boyunca qalın çalılar arasında gizlədilib. “Amerikanın səsi”nin məlumatına görə, müstəntiqlər bir nəfərin belə çoxsaylı qətllər törədə biləcəyinə şübhə edirlər.
Polis hərtərəfli araşdırmalardan və uzunmüddətli işlərdən sonra Hoyermanndan şübhələniblər. Səlahiyyətlilər cinayətkarı tapmaq üçün FTB və yerli polisin müstəntiqlərinin daxil olduğu idarələrarası işçi qrupu yaradıblar. Əsas sübut kimi DNT analizi, onun və qurbanların mobil telefonlarından geolokasiya məlumatları, həmçinin tanışlıq və intim xidmətlər saytlarında kredit kartından ödənişlər olub.
Bu çoxillik araşdırmanın tarixinə bir neçə dönüş nöqtəsi daxildir. Belə məqamlardan biri də seks işçisi sənayesində işləyən Şennan Qilbertin təqibi bildirmək üçün zəng etməsi olub.
Bu işə ictimai maraq o qədər böyük idi ki, 2020-ci ildə Netfix platformasında “İtirilmiş qızlar” adlı sənədli serialın mövzusu olub.
Müstəntiqlər iş üzərində işləməyə davam edir və Hoyermanna qarşı əlavə ittihamlar irəli sürülə bilər. Lakin hazırda o, günahını inkar edir. Hakimiyyət bu qədər il gözləmə və qorxudan sonra nəhayət ki, ölən qadınların ailələri üçün ədalətin bərpa olunacağına ümid edir.