Mesajlara baxmadığı üçün arvadını bıçaqladı
12 sentyabr 2023 14:55 (UTC +04:00)

Mesajlara baxmadığı üçün arvadını bıçaqladı

Dağıstanda qadın kürəyindən bıçaqlanıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, buna səbəb onun ərinin mesajlarına cavab verməməsi olub.

Qadın tez-tez ərinin qısqanclıqla ona əzab verməsindən şikayətlənib. Bir gün həyat yoldaşına dərs vermək qərarına gəlir və dostları ilə çay içməyə gedir. Kişi işdən sonra arvadına zəng vuraraq mesaj yazmağa başlayıb və ondan dərhal gəlməsini tələb edib.

Qadın qısqanc kişiyə sadəcə yeridiyini desə də, əri bıçaqla arxadan ona hücum edib. Zərərçəkmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2952

Oxşar yazılar