Moskva yaxınlığındakı Balaşixada qız kiçik qardaşına bıçaqla hücum edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, valideynləri evdə olmayan 14 yaşlı məktəbli doqquz yaşlı qardaşı ilə mübahisə edib. O qədər əsəbiləşib ki, bıçağı qardaşının sinəsinə sancıb. Bundan sonra qız qorxaraq qonşularından kömək istəmək qərarına gəlib.
Gələn təcili tibbi yardım həkimləri zərərçəkmişi xəstəxanaya çatdırıblar. Ona döş qəfəsinin zədələnməsi diaqnozu qoyulub.
Polis əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları uşaqların hansı şəraitdə böyüdüklərini araşdırır.