Rusiyada 16 yaşlı oğlan əvvəlcə sevgilisini bıçaqlayıb. Sonra isə baş verənlərin izini gizlətmək üçün anasını pusquya salaraq öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, cinayət noyabrın 13-də törədilib. Yeniyetmə oğlan sevgilisinə baş çəkməyə gəlib. Bu zaman onların arasında mübahisə yaranıb. Münaqişənin qızğın vaxtında oğlan bıçaq götürərək 14 yaşlı sevgilisinə hücum edib. O, qızın boynuna və kürəyinə üç dəfə zərbə endirib. Qan itkisi nəticəsində qız dünyasını dəyişib. Bundan sonra cinayətkar qızın 62 yaşlı anasını mənzildə gözləyib və onu da bıçaqlayaraq öldürüb.
Bildirilir ki, ana qızı ilə tək yaşadığı üçün mənzildə başqa adam olmayıb. Məktəbli öldürülən qadının bank kartını götürərək, qapını bağlayıb və dostu ilə gəzintiyə çıxıb. Yeniyetmə kartdan 20 min rubl (təxminən 370 manat) çıxarıb.
Görüş zamanı o, törətdiyi cinayəti dostuna deyib. Dostu heç kimə deməyəcəyinə söz versə də, sonradan onun böyük qardaşına zəng edərək baş verənləri danışıb.
Böyük qardaş da hadisə barədə polisə məlumat verib.
Yeniyetmə artıq törətdiyi qətli etiraf edib. Hazırda araşdırma aparılır.