Masallıda evdən 4 kilodan çox  narkotik tapıldı
16 sentyabr 2023 15:27 (UTC +04:00)

Masallıda evdən 4 kilodan çox narkotik tapıldı

Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və satışında şübhəli bilinən Qəniyev Araz İsmayıl oğlu Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 62,274 qram marixuana aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq A.Qəniyevin yaşadığı Qızılavar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən oradan ümumilikdə 4 ədəd bükümdə ümumi təmiz çəkisi 4115,0 qram külli miqdarda qurudulmuş marixuana da tapılaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2592
avatar

Mehman Nəbiyev

Oxşar yazılar