Meksikada kriminal qruplaşmanın narkobaronu öldürülüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Kuliakan şəhərindəki özəl xəstəxanalardan birində baş verib. Klinikada baş verən atışma zamanı 4 nəfər öldürülüb. Onlardan biri ölkədə məşhur olan “Sinaloa” dəstəsinin “El 22” kod adlı narkobaronu olub.
Məlumata görə, “El 22” həmin klinikada bir xəstəni qoruyurmuş. Hadisə qeydə alınan gün ora gəldiyi bildirilir. Ancaq onun rəqib kriminal qruplaşmanın üzvü olduğu və xəstəni öldürməyə gəldiyi zənn edilib. Buna görə də, öz dəstə üzvü tərəfindən güllələnərək öldürülüb. Atışma zamanı ondan başqa 3 nəfər də ölüb.
Sonradan öz rəhbərini öldürdüyünü bilən dəstə üzvü isə intihar edib.
Narkobaronun dəfn mərasiminə qruplaşmanın həbsdə olan lideri El Çaponun oğlanları gül çələngi yollayıb.