Mafiya başçısının qardaşı oğlu oteldə öldürüldü
02 fevral 2024 13:15 (UTC +04:00)

Mafiya başçısının qardaşı oğlu oteldə öldürüldü

Fələstinin Nablus şəhərində oteldə cinayətkar Kotier Odeh ailəsinin başçısının qardaşı oğlu 20 yaşlı Ramez Udeh öldürülüb.

Lent.az İsrail mediasına istinadla bildirir ki, hadisə naməlum şəxs tərəfindən otelin qonaqları və işçilərinin gözü qarşısında törədilib. Hadisə nəticəsində digər gənc, Cəlculiya sakini yüngül güllə yarası alıb.

Ramez Udehin bu yaxınlarda oteldə qeydiyyatdan keçdiyi və son bir neçə həftədir orada yaşadığı bildirilir. O, axşam otelin yeməkxanasına gedib və orada öldürülüb. Cinayəti törədən ərazidən qaçıb.

Hadisə yerinə yerli polis çağırılıb və araşdırmalara başlayıb. Əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayətkar və onun şəriki tərəfindən istifadə edildiyi ehtimal olunan yanmış avtomat aşkar edilib.

Yerli polis artıq İsrail polisinə hesabat göndərib və onlar da araşdırmalara başlayıb. Baş verənlər kontekstində qətlin təfərrüatları araşdırılır. Qardaşı oğlunun öldürülməsinin klanın başçısı Kotier Udeyə təhdid və mesajlar ötürmək məqsədi daşıya biləcəyi versiyaları irəli sürülüb.

# 4542
avatar

Oxşar yazılar