Kriminal avtoritet beynəlxalq axtarışa  verildi
25 oktyabr 2024 15:00 (UTC +04:00)

Kriminal avtoritet beynəlxalq axtarışa verildi

0

Kriminal aləmdə “Samretski” kimi tanınan avtoritet Serqo Çixladze beynəlxalq axtarışa verilib və Rusiya məhkəməsi tərəfindən qiyabi həbs edilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Çixladzeyə qarşı 2023-cü ilin martında Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında yüksək vəzifə tutma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq müddətində araşdırmalar dəfələrlə uzadılıb və dayandırılıb.

Hüquq-mühafizə orqanları əlavə istintaq təşkil edərkən Çixladze qaça bilib və beynəlxalq axtarışa verilib, bundan sonra məhkəmə qiyabi həbs qərarı verib.

Onu 5 milyon rubla (təxminən 88 min 500 manat) qədər və ya son beş ildəki gəliri məbləğində mümkün cərimə ilə 8 ildən 15 ilədək həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5639

Oxşar yazılar