Bakıda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata əsasən, qətlə yetirilən Binə qəsəbə sakini Nurlan Məmmədov “Koroğlu” metrostansiyası ətrafında “manatlıq taksi” fəaliyyəti ilə məşğul olub. İlkin iddialara görə, qətl namus üstündə törədilib.
Əhməd Hüseynov Nurlan Məmmədovun dayandığı əraziyə gəlib. Onların arasında mübahisə düşüb. Nəticədə Ə. Hüseynov N. Məmmədovu bıçaqlayaraq öldürüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.
***
saat 11:47
Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, Koroğlu metrostansiyasının qarşısındakı mağazalardan birində 33 yaşlı Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Daxili İşlər Nazirliyi və Nizami rayon Prokurorluğundan Lent.az-a verilən birgə xəbərə görə, araşdırma zamanı 39 yaşlı Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
Saat: 11:40
Bakıda qətl törədilib.
Lent.az-ın məlumatına görə, hadisə bu dəqiqələrdə "Koroğlu" metrostansiyasının ətrafında qeydə alınıb.
İlkin məlumata görə, şəxsiyyəti hələ məlum olmayan kişi naməlum şəraitdə öldürülüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb, araşdırma aparılır.