Türkiyədə oğul atasının ölümünə səbəb olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhərinin Pozantı qəsəbəsində baş verib. Axşam saatlarında Süleyman A. və Bülent Koç arasında mübahisə yaranıb. Bu zaman Bülent Koçun oğulları, G.K. və A.K. onlara müdaxilə ediblər.
17 yaşlı A.K. atası ilə dalaşan Süleyman A.-nı odlu silahla ayağından atəş açaraq yaralayıb. Bu vaxt Bülent Koç oğlunun əlindən silahı almaq istəyib. Lakin təsadüfən silahdan atəş açılıb və o, başından vurulub. Nəticədə kişi yerindəcə ölüb.
Yeniyetmə oğlan saxlanılıb. Yaralanan Süleyman A. isə xəstəxanaya yerləşdirilib.