Kişini öldürüb məzar daşının altında gizlətdi
31 oktyabr 2023 11:51 (UTC +04:00)

Kişini öldürüb məzar daşının altında gizlətdi

Türkiyədə dəhşətli qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Üsküdar adlanan ərazisində Karacaahmet qəbiristanlığında baş verib. Meyitin Kazım Yavaşçıya məxsus olduğu müəyyənləşib. Məlum olub ki, naməlum şəxs onu əvvəlcə döyüb, sonra isə bıçaqlayaraq öldürüb. Qatil meyiti gizlətmək üçün məzar daşını onun üstünə aşırıb.

Polis hadisə ilə əlaqədar ərazidəki kameralara baxış keçirib. Həmin gün qəbiristanlıq yaxınlığında bir qızın döyülməsi barədə məlumat da daxil olub. Həmin qızın ifadəsi əsasında Tayfun Akdağ saxlanılıb. O, ifadəsində Kazım Yavaşçıyı mübahisə zamanı söyüş söydüyü üçün öldürdüyünü etiraf edib.

Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3387
avatar

Oxşar yazılar