Türkiyədə kişi arvadını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhəri Sarayönü qəsəbəsində baş verib. Durmuş Eli Ertoğrul ata evinə gedən 3 uşaq anası olan arvadı Zekeriye Ertoğrulu tapança ilə güllələyərək öldürüb. Qayınanası Ayşe Ç.-nı isə yaralayıb.
Hadisəni törədən ər polisə ifadəsində, ata evinə gedən arvadı ilə barışmaq üçün qayınatasıgilə getdiyini deyib. Lakin burada qadın barışmayıb və ər evinə qayıtmaqdan imtina edib. Bundan hiddətlənən kişi arvadını öldürüb, qayınanasını da yaralayıb.
Məlumata görə, qadın ərinin narkotikdən istifadə etdiyi iddiası ilə evi tərk edib.
Hazırda araşdırma aparılır.