Türkiyədə qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tokat şəhəri Niksar qəsəbəsində baş verib. Təqaüdə çıxan müəllim 68 yaşlı Sabit Ülkər evində təmir işləri görərkən keçmiş kirayəşini 40 yaşlı Mehmet Ali Ş. yanına gəlib. Burada onlar arasında mübahisə yaşanıb.
Mübahisə zamanı Mehmet Ali Ş. üzərindəki bıçaqla Sabit Ülkərə 20 bıçaq zərbəsi vurub. Nəticədə kişi xəstəxanaya aparılarkən, ambulansada ölüb.
Hadisəni törədən isə saxlanılıb. Araşdırma aparılır.
Sabit Ülkər