Keçmiş nişanlısını öldürüb intihar etdi
18 fevral 2025 13:20 (UTC +04:00)

Keçmiş nişanlısını öldürüb intihar etdi

Türkiyədə gənc oğlan keçmiş nişanlısını öldürərək, intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Nevşehir şəhərinin Cevherdudey məhəlləsində qeydə alınıb.

26 yaşlı Mustafa Baltaş 2 ay əvvəl ayrıldığı keçmiş nişanlısı 21 yaşlı Beyza Akdoğanın yaşadığı evə gəlib. Bu zaman evdə qızdan başqa kimsə olmayıb. Aralarında yaranan mübahisə zamanı Mustafa Baltaş tüfənglə qızı vuraraq, öldürüb. Daha sonra həmin silahla öz başına da atəş açaraq, intihar edib.

Hadisə yerinə gələn polislər meyitləri müayinə üçün aidiyyəti şöbəyə göndərib. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1672

Oxşar yazılar