Moskva vilayətinin Orexovo-Zuevski şəhər rayonunda polis əməkdaşı qətldə şübhəli bilinərək saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, noyabrın 19-da səhər saatlarında Likino-Dulevo şəhərində əvvəllər avtomobil oğurluğuna görə məhkum olunmuş 30 yaşlı kişinin meyiti mənzildə tapılıb.
Ötən gün hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıb. Onun Kurovskaya stansiyasındakı xətt şöbəsinin 40 yaşlı polis patrul işçisi olduğu üzə çıxıb. İstintaqın məlumatına görə, noyabrın 15-də o, xidmətdən kənar vaxtlarında mərhumun yanına gedib, onunla mübahisə edib və beysbol dəyənəyi ilə başına bir neçə zərbə endirib.
Faktla bağlı cinayət işi açılıb.