Omsk vilayətində kişi keçmiş arvadını qaçıraraq döyüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, məhkəmə həmin şəxsi 1 il yarım müddətinə azadlıqdan məhrum edib.
Məlumata görə, mayın 16-da içki içən məhkum küçədə keçmiş arvadını görüb. Kişi qadını zorla maşınına mindirib və evinə aparıb. Evində keçmiş arvadını bağlı saxlayaraq, döyüb. Zərərçəkmiş 1 gün sonra axşam qaça bilib.
Daha sonra kişi bu dəfə qadının evinə gələrək bağlı qapını qırıb və keçmiş arvadını döyüb.
Bundan sonra məhkum qadını və onun hazırki ərini hədələməyə başlayıb. Bundan əlavə, mayın 17-dən mayın 19-na kimi 3 gün ərzində keçmiş həyat yoldaşı ilə küçədə görüşən müttəhim onu döyüb və hədələyib.
Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 117 (“İşgəncə”) və 126 (“Oğurluq”) daxil olmaqla dörd maddəsi ilə təqsirli bilinib.