İsmayıllıda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə fevralın 7-də gecə saatlarında Quşencə kəndi ərazisində baş verib.
54 yaşlı Arif Qarayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 32 yaşlı Kamal Şıxbalayevə bıçaqla xəsarət yetirib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.