Moskvanın cənub-şərqində 90-cı illərin üslubunda cəsarətli soyğunçuluq edilib. Naməlum şəxslər tıxacda dayanan sürücüyə hücum edib.
Moskva Prokurorluğunun mətbuat xidməti xəbər verir ki, hadisə Donetska küçəsində baş verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, soyğunçular işıqforda dayanan “Mercedes” markalı avtomobilə yaxınlaşaraq atəş açıb, sonra isə balta ilə şüşəni sındırıblar. Quldurlar “Infinity” ilə qaçıblar.
Hücum nəticəsində 48 yaşlı “Mercedes” sürücüsü xəstəxanaya aparılıb. Daha sonra cinayətkarların avtomobili Batayski proezdində tərk edilmiş vəziyyətdə tapılıb.
Hadisə ilə bağlı quldurluq maddəsi ilə cinayət işi açılıb..