İş yoldaşını yıxıb öldürdü  - "Balıq Evi"ndəki qətldən YENİ XƏBƏR
26 iyul 2023 16:27 (UTC +04:00)

İş yoldaşını yıxıb öldürdü - "Balıq Evi"ndəki qətldən YENİ XƏBƏR

İyulun 26-da, saat 12 radələrində paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 2002-ci təvəllüdlü Rüfət Əkbərlinin iş yoldaşı Azər Ömərovu itələyərək yıxması, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

***

saat 13:45

Bu gün saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi onun iş yoldaşı 2002-ci təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib.

R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır.

Qeyd edək ki, hadisə "Xəzər Balıq Evi"ndə qeydə alınıb. 

# 8316
avatar

Oxşar yazılar