İranlılara narkokuryerlik edən gənclər saxlanıldı - VİDEO
24 avqust 2024 14:31 (UTC +04:00)

İranlılara narkokuryerlik edən gənclər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhəri və Salyan rayonunda əməliyyatlar keçirib.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, nəticədə əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş 26 yaşlı Elgün Məmmədov və 22 yaşlı Rəşad Süleymanov saxlanılıblar. Onlardan ümumilikdə 41 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. 

E.Məmmədov və R.Süleymanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2871
avatar

Oxşar yazılar