Türkiyədə kişi hamilə arvadını qətlə yetirib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhəri Seyhan qəsəbəsində baş verib. 26 yaşlı Emrah Demir axşam yeməyindən sonra yatacağını deyib və otağına gedib. Bir az sonra otağa gələn 5 aylıq hamilə arvadı 21 yaşlı Hatice Demir ərinin yatmadığını görüb və aralarında mübahisə başlayıb.
Sabaha qədər davam edən mübahisə zamanı ər arvadını susdurmaq üçün onu boğub. Nəticədə qadın keçinib.
Hadisəni törədən E. Demir saxlanılaraq, istintaqa təhvil verilib.