Gürcüstanda "qanuni oğru"larla  əlaqəsi olan 26 nəfər saxlanıldı - VİDEO
07 fevral 2025 12:11 (UTC +04:00)

Gürcüstanda "qanuni oğru"larla əlaqəsi olan 26 nəfər saxlanıldı - VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis Departamentinin, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları, Baş Prokurorluqla birgə kompleks şəkildə keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində məhkəmə qərarı əsasında Tbilisidə, İmereti və Sameqreloda 26 nəfəri saxlayıb, 4 nəfərə isə qiyabi ittiham irəli sürülüb, onlardan 3-ü “qanuni oğru”dur.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsləri 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

İstintaq müəyyən edib ki, saxlanılanlar – “oğru aləmi”nin üzvləri və onun fəaliyyətini dəstəkləyən şəxslər vətəndaşlar arasında yaranan maliyyə mübahisələrinin həllinə müdaxilə ediblər. Təqsirləndirilən şəxslər şəxsi mənfəət əldə etmək məqsədilə xaricdə yaşayan “qanuni oğrular”la əlaqə saxlayır və “oğru razborkaları” təşkil ediblər.

Qurumdan bildirilib ki, sözügedən məsələ ilə əlaqədar istintaq gizli formada bir neçə ay davam edib.

İstintaq məlumatlarına görə, təqsirləndirilən şəxslər “oğru ənənələrinə” uyğun olaraq qərarlar qəbul edib və tərəflərdən birini digərinin, eləcə də öz xeyirlərinə ödəniş etməyə məcbur ediblər. Polis, saxlanılanların şəxsi və yaşayış evlərində axtarışlar zamanı maddi sübut kimi kompüter texnikası və mobil telefonlar aşkar edib, hansılar ki, onlar bir-biri və xaricdəki “qanuni oğrular”la əlaqə saxlamaq üçün istifadə ediblər. Bundan əlavə, odlu silahlar, patronlar, güllələr və narkotik maddə – “marixuana” götürülüb.

"Qanuni oğru", "oğru aləmi"nin üzvü olma, "oğru aləmi" üzvünə müraciət etmə, "oğru aləmi"nin fəaliyyətini dəstəkləmə, "oğru yığıncağında iştirak" və "odlu silahın qanunsuz əldə edilməsi və saxlanması" faktları üzrə istintaq Cinayət Məcəlləsinin 223-cü prim maddəsinin 1-ci və 2-ci hissələri, 223-cü tersiya maddəsinin 2-ci hissəsi, 223-cü sekunda maddəsi, 223-cü kvarta maddəsinin 1-ci hissəsi və 236-cı maddəsi əsasında aparılır - DİN-in yaydığı məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar