Göyçayda kütləvi dava olub.
Lent.az-ın məlumatına görə, hadisə dünən günorta saatlarında Göyçay şəhərində baş verib. Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar - Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib. Dava zamanı onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Lent.az-a bildirib ki, faktla bağlı rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb:
"Həmin şəxslərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".