Göyçayda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhər ərazisində baş verib. Şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 49 yaşlı Füzuli Məmmədyarov 27 yaşlı Elnur Quliyevə bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Məmmədyarov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.