Göyçayda ƏMƏLİYYAT:  silahlı narkotacir tutuldu - VİDEO
04 mart 2025 09:43 (UTC +04:00)

Göyçayda ƏMƏLİYYAT: silahlı narkotacir tutuldu - VİDEO

Göyçayda əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 43 yaşlı Rəşad Babaşov saxlanılıb. Ondan 5 kiloqram 525 qram marixuana, 2 kiloqram 650 qram tiryək, 1 kiloqram həşiş, 500 qrama yaxın heroin, 100 ədəd tramadol və tapança aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib.

Məhkəmənin qərarı ilə R.Babaşov barəsində həbs qətimkan tədbiri seçilib. 

Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Röyal Səmədov, Rafiq İsmayılov və daha 15 nəfər tutulub. Onlardan heroin, marixuana və metamfetamin aşkar olunub.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar