Goranboyda maskalı şəxslər mağazaya BASQIN ETDİ
06 yanvar 2024 13:58 (UTC +04:00)

Goranboyda maskalı şəxslər mağazaya BASQIN ETDİ

Goranboy rayon Polis Şöbəsinə yanvar ayının 2-də rayonun Qaradağlı kəndində yerləşən ərzaq mağazasına 2 nəfər maskalı şəxsin qeyri-qanuni yolla daxil olması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər mağazanın qapısını sındıraraq içəri daxil olub və oradan 250 manat nağd pul, 2000 manat dəyərində tütün, eləcə də ərzaq mallarını oğurlayıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxlərin rayonun Yolqulular kənd sakini, əvvəllər məhkum olunmuş Əli Məmmədov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Qafarov olmaları müəyyən edilib və həmin şəxslər maddi şübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Şübhəli şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ə. Məmmədovun 2023-cü ilin fevral ayında həmkəndlisinin evinə qeyri-qanuni yolla daxil olaraq oradan 200 ABŞ dolları və 204 manat nağd pul oğurlaması da məlum olub olub.

Faktlarla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Goranboyda maskalı şəxslər mağazadan oğurluq edib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4791
avatar

Oxşar yazılar