Gəncə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
saat 02:07
Gəncədə baş verən qətlin bəzi təfərrütları məlum olub
Lent.az-ın məlumatına görə, qardaş bacısını instaqramdan istifadə etdiyi üçün bıçaqlayıb.
O bacısının boğazını kəsərək qətlə yetirib.
Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.
***
Saat 01:38
Gəncədə bacısını qətlə yetirən qardaş saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a daxil olan sorğuya cavab olaraq bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.
***
Saat 01:36
Gəncədə qətl hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.
Belə ki, qardaş bıçaqla bacısını qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.